"Bizdə bəzi şirkətlər sürücülərə əşya kimi baxırlar" - EKSPERT

“Nəqliyyat elə sahədir ki, mütləq elmi yanaşma olmalıdır, sistemli iş qurulmalıdır. Yoxsa mağazada kartof satmaq kimi baxılacaqsa, belə iş olmur. Sürücünün istirahət rejimi pozulursa, əlbəttə qəza baş verəcək, sürücü əsəbi olacaq, gərgin olacaq, sərnişinlərlə problem yaşayacaq. Ona görə ilk növbədə sürücülərin iş və istirahət rejiminə, peşəkarlıq səviyyəsinə baxmaq lazımdır”.
Bunu nəqliyyat üzrə eksert Elməddin Muradlı deyib. O bildirib ki, avtobus qəzalarının baş verməsinin bir neçə səbəbləri var:
"Sürücülərin iş və istirahət rejiminə, peşəkarlıq səviyyəsinə və işə yanaşma tərzinə, şirkətlərin öz işçilərinə nəzarət mexanizminə baxmaq lazımdır. Ümumiyyətlə şirkətlər sürücülərə necə davranır, təlimlər necə keçirilir, artıq işlədilirmi? Dünya təcrübəsində maraqlı və fərqli yanaşmalar var. Hətta hansı sürücünün hansı futbol klubuna azarkeşlik etdiyi də öyrənilir. Əgər axşam həmin klubun oyunu varsa, səhər o sürücü işə çıxarılmır, çünki oyuna baxacaq və yuxulu olacaq. Görün necə incə detallar var, ailə problemlərinə qədər maraqlanırlar.
Bizdə şirkətlər sürücülərə əşya kimi baxırlar. Dünənə qədər şirkətlər sürücülərin sənədlərini girov saxlayırdılar ki, birdən qaçar. Ona görə o sürücüdən də keyfiyyətli iş gözləmək olmaz. Sürücü 8 saat işləyib evinə getsə, problem olmaz. Amma 8 saat işləmir axı, çox işləyir”.
Ekspert həmçinin qeyd edib ki, ölkədə sürücü çatışmazlığı mövcuddur:
“Bu gün Azərbaycanda ciddi sürücü çatışmazlığı var. Vaxtilə plana işləyən sürücülər kart sistemi başlayandan sonra gördülər ki, verilən maaş sərf eləmir. Ona görə çoxu üz tutdu xaricə, məsələn Polşaya. Azərbaycanda 1200 manat maaş alırsa, orada 5 min alır. Ona görə də şirkətlər də risk etmir, sürücüyə cəza verə bilmir və s. Əksəriyyəti də müqaviləsiz işləyir”.(ajans.az)
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












