Sabiq baş konsul 191 minlik dələduzluqda ittiham olunur

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rusiya vətəndaşı Anton Zayatsa təxminən 191 500 manat məbləğində ziyan dəyib. Sultan Qasımov ona Sankt-Peterburq şəhərindəki 6 sot torpaq sahəsini hərrac yolu ilə adına keçirəcəyini vəd edib.
İstintaq materiallarına əsasən, Sultan Qasımov digər zərərçəkmiş, Azərbaycan vətəndaşı Faiq Mikayılovdan 10 200 manat alıb. O, bu məbləğ müqabilində zərərçəkmiş şəxsin Hindistandan gətirdiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyini bildirib. Lakin vədinə əməl etməyib.
İttihama münasibət bildirən Sultan Qasımov özünü təqsirli bilmədiyini deyib.
Növbəti məhkəmə iclası dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki, sabiq baş konsul Sultan Qasımov barəsindəki cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İstintaq zamanı zərərçəkmişlərə ümumilikdə 200 min manatdan çox ziyan dəydiyi müəyyən edilib. Anton Zayats və Faiq Mikayılov zərərçəkmiş qismində tanınıblar. Ümumi ziyanın bir hissəsi istintaq dövründə ödənilib.
Sultan Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə ittiham irəli sürülüb.
Sultan Qasımov 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın ilk baş konsulu təyin olunub, 2016-cı ildə isə bu vəzifədən geri çağırılıb. Həmin il mayın 3-də Azərbaycanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.
Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.
Sultan Qasımovun digər qardaşı Mehman Qasımov isə 2025-ci ilə qədər Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzində direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Rusiya vətəndaşı Anton Zayatsı Sultan Qasımovla qardaşı Mehman Qasımov tanış edib.
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO












