Banner

Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA

Xəbərlər 26 Oktyabr 2026 23:01
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bakıda taksi ilə harasa getmək bəzən sərnişini ünvana çatdırmaqdan daha çətin olur. Metro çıxışlarında, xəstəxanaların və ticarət mərkəzlərinin qarşısında taksilərin dayanmağa yer tapmaması həm sürücülərə, həm sərnişinlərə problem yaradır.

Bakıda taksilər üçün dayanacaq yerləri həqiqətən çatışmır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev  bildirib ki,  yeni taksi dayanacaqlarının harada yaradılacağı tələbat əsasında müəyyən edilir:

“Bakıda nəqliyyatla bağlı dəyişikliklər zamanı rəqəmsal əkiz texnologiyası əsasında təhlillər aparılır və müxtəlif nəqliyyat növlərinin hərəkət axınlarına təsiri qiymətləndirilir. Piyadaların, mikromobillik vasitələrinin, avtobusların və avtobuslardan düşən sərnişinlərin hərəkəti nəzərə alınır. Bu axınların bir-birinə mane olmaması üçün müvafiq həllər hazırlanır. Eyni zamanda, yol kəsişmələrində aparılan dəyişikliklərin təsiri də araşdırılır. Bu zaman həm konkret kəsişmədəki vəziyyət, həm də həmin dəyişikliklərin yaxınlıqdakı yollara təsiri qiymətləndirilir.

Taksi dayanacaqlarının və sərnişinlərin minib-düşməsi üçün nəzərdə tutulan nöqtələrin təşkili də bu təhlillər əsasında həyata keçirilir. Taksi hərəkətinin rəqəmsal eskizi vasitəsilə gün ərzində sifarişlərin daha çox hansı istiqamətlər üzrə verildiyi və tələbatın hansı ərazilərdə yüksək olduğu müəyyənləşdirilir. Əldə olunan nəticələrə uyğun olaraq yeni taksi dayanacaqlarının və minib-düşmə nöqtələrinin yaradılması ilə bağlı qərarlar qəbul edilir”.

Ekspert deyib ki, son aylarda xəstəxanaların qarşısında yeni taksi dayanacaqları yaradılıb. Ehtiyac olsa, başqa yerlərdə də belə dayanacaqlar olacaq:

“Son aylarda xəstəxanaların qarşısında əlavə taksi dayanacaqları təşkil edilib. Düşünürəm ki, aparılacaq təhlillər nəticəsində ehtiyac olan digər ərazilərdə də belə minib-düşmə nöqtələrinin yaradılması məsələsinə baxıla bilər. Burada əsas şərt digər hərəkət iştirakçılarına təsirin minimuma endirilməsidir. Taksi dayanacaqları və minib-düşmə nöqtələri elə təşkil olunmalıdır ki, avtobusların, mikromobillik vasitələrinin və piyadaların hərəkətinə maneə yaranmasın. Çünki hərəkət axınları bir-birinə qarışdıqda bir problemi həll edərkən başqa bir problem yarana bilər. Buna görə də müvafiq qərarlar aparılan təhlillərin nəticələrinə əsasən veriləcək”.

Oxunub : 190
ŞƏRH YAZ
Ad

E-mail

Şərh