Boynuna ilan dolayaraq sükan arxasına keçdi - VİDEO

Azərbaycanda sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəşin boynuna ilan dolanmış halda avtomobil idarə etməsi ilə bağlı yeni görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, gecə saatlarında avtomobilin salonunda çəkilən videoda Günəşin boynuna dolanmış, bədəninin bir hissəsi isə qoluna doğru uzanan iri ilan görünür. Heyvan hərəkət etdikcə qadın onu dəfələrlə öpür və avtomobili idarə etməyə davam edir.
Görüntülər sosial şəbəkələrdə diqqət çəkib. İlanın hərəkətləri zamanı Günəşin narahat göründüyü də müşahidə olunur. Məlumata görə, o, əvvəllər də ilanla birlikdə çəkilmiş oxşar videolar paylaşıb.
Günəşin adı daha əvvəl də mediada gündəmə gəlib. Belə ki, 2026-cı il avqustun 2-də tiktoker-müğənninin polis əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Həmin xəbərdə onun sosial şəbəkələrdə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparıldığı, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, avtomobil idarə edərkən ilanla məşğul olmaq sürücünün diqqətini yayındıra və yol hərəkəti üçün təhlükə yarada bilər.
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!












