Banner

Asfalt çəkildi, baxış qapaqları altında qaldı? - FOTO

Xəbərlər 27 Oktyabr 2026 20:14
Asfalt çəkildi, baxış qapaqları altında qaldı?   - FOTO
WhatsApp kanalımıza abunə olun

Təzə asfalt, hamar yol və bir neçə gün sonra həmin asfaltın müəyyən hissələrinin yenidən kəsilərək açılması... Bu mənzərə ilə qarşılaşan bəzi sürücülər və sakinlər haqlı olaraq sual verirlər: "Bəs asfaltı niyə yenidən qazırlar? Baxış qapaqlarını asfaltlayanda görməyiblər?"

Bəzən isə sosial şəbəkələrdə yeni asfaltın altında qalan kanalizasiya və digər kommunikasiya xətlərinə aid baxış qapaqlarının unudulduğu, sonradan bu səhvin düzəldildiyi barədə fikirlər səsləndirilir.

Bəs doğrudanmı, söhbət yol təmiri zamanı buraxılmış səhvdən gedir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əslində, heç də belə deyil. Agentlik bunu yol təmirinin əvvəlcədən planlaşdırılmış texnoloji mərhələlərindən biri olduğunu bildirib.

Belə ki, avtomobil yollarında təmir işlərinə başlanmazdan əvvəl yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının yerləri müəyyənləşdirilir və qeydiyyata alınır.

Daha sonra yolun hərəkət hissəsinə layihəyə uyğun yeni asfalt-beton örtüyü döşənir. Növbəti mərhələdə isə əvvəlcədən müəyyən edilmiş baxış qapaqlarının yerləşdiyi hissələr xüsusi avadanlıqla kəsilərək açılır.

Baxış qapaqları yeni asfalt örtüyünün layihə hündürlüyünə uyğun səviyyəyə qaldırılır, ətraf hissələrdə bərkitmə və bərpa işləri aparılır.

Bəs niyə bu işlər asfalt döşənməzdən əvvəl deyil, sonra həyata keçirilir?

Məqsəd baxış qapaqlarını yeni yol örtüyünün yekun səviyyəsinə dəqiq uyğunlaşdırmaqdır. Bu onların asfalt örtüyündən hündürdə və ya aşağıda qalmasının qarşısını almağa, nəqliyyat vasitələrinin üzərindən rahat və təhlükəsiz hərəkətini təmin etməyə xidmət edir.

Başqa sözlə, kənardan təkrar qazıntı kimi görünən bu proses əslində yolun təmirinin tamamlayıcı mərhələlərindən biridir.

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Asfalt çəkildi, baxış qapaqları altında qaldı?

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh