Banner

Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - FOTO

Gündəm 27 Oktyabr 2026 20:30
Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı  - FOTO
WhatsApp kanalımıza abunə olun

Avstraliyanın “Incat Tasmania” gəmiqayırma şirkəti tərəfindən “Buquebus” operatoru üçün inşa edilən dünyanın ən böyük tam batareyalı elektrik gəmisi “China Zorrilla” ilk kommersiya səfərinə çıxıb.

Avtosfer.az xəbər verir ki, 130 metr uzunluğunda olan nəhəng katamaran-bərə Argentina və Uruqvay arasında fəaliyyətə başlayıb.

Tikintisi zamanı “Hull 096” adı ilə tanınan və alüminium katamaran gövdəsinə malik gəmi əvvəlcə sıxılmış təbii qazla (LNG) işləmək üçün layihələndirilsə də, sonradan tamamilə elektrik mühərrikli sistemə keçirilib.

Gəmi adını həm Argentina, həm də Uruqvayda məşhur olan aktrisa və rejissor Konsepsyon “Çina” Sorrilyanın (Concepción “China” Zorrilla) şərəfinə alıb.

130 metr uzunluğu, 32 metr eni olan gəmi Rio-de-la-Plata körfəzi üzərindən Buenos-Ayres ilə Koloniya-del-Sakramentonu birləşdirir. Gəmi eyni vaxtda 2100 sərnişin və 225 nəqliyyat vasitəsi daşımaq gücünə malikdir.

Gəminin 40 meqavat-saatlıq (40 000 kVt/saat) enerji saxlayan batareya sisteminin çəkisi 250 tondan çoxdur. Bu tutum təxminən 500 ədəd standart elektrik avtomobilinin batareyasına bərabərdir.

Şəbəkəyə qoşulma “Zinus” şirkətinin hazırladığı avtomatlaşdırılmış liman infrastruktur vasitəsilə həyata keçirilir. Gəmi limanda dayandığı qısa müddət ərzində sürətli şarj olunur.

Ənənəvi dizel mühərriklərinin səs-küyü və vibrasiyası tamamilə aradan qaldırılıb. Gəmi səfər zamanı sıfır zərərli tullantı (karbon emissiyası) ixrac edir.

“China Zorrilla” layihəsinin uğurundan sonra bənzər ölçülü digər gəmilərin də inşasına başlanılıb. İstehsalçı şirkət hazırda Danimarkanın “Molslinjen” operatoru üçün 129 metrlik üç yeni elektrik bərəsi hazırlayır.

 






Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh