BMT-nin yeni qərarı narazılığa səbəb oldu - FOTO

Beynəlxalq Dəniz Təşkilatı 2050-ci ilə qədər emissiyaları sıfıra endirmək üçün qarşısına hədəf qoyub.
Avtosfer.az xəbər verir ki, BMT-nin sammitində ölkələr 2050-ci ilə qədər daşıma emissiyalarını xalis sıfıra endirmək barədə razılığa gəliblər. Beynəlxalq Dəniz Təşkilatının illik iclasında ölkələr 2008-ci ilə nisbətən emissiyaları 2030-cu ilə qədər 20% və 2040-cı ilə qədər 70%, 2050-ci ilə qədər isə 100% azaltmaq, kiçik ada dövlətləri və daha zəngin ölkələr 2030-cu ilə qədər 50% və 2040-cı ilə qədər 96% endirilməsi nəzərdə tutulub.
“IMO”nun baş katibi Kitack Lim, müqaviləni "dənizdə karbonsizləşdirmə istiqamətində yeni bir səhifə açan monumental inkişaf" kimi xarakterizə edib. Lakin kampaniyaçılar xəbərdarlıq edirlər ki, razılaşma qüsurludur və gəmiçilik sənayesini bu əsrin sonuna qədər qlobal temperaturu məhdudlaşdırmaq məqsədi ilə “Paris Sazişinə” uyğunlaşdıra bilməyəcək.
Gəmiçilik yüksək dərəcədə çirkləndirici sənayedir, qlobal emissiyaların təxminən 3%-nə cavabdehdir və hər il təxminən bir milyard ton istixana qazı yaradır. Gəmiçilik sənayesi bir ölkə olsaydı, dünyanın altıncı ən böyük çirkləndiricisi olardı.
Növbəti üç onillikdə dəniz emissiyalarının sürətlə azaldılması yeni qaydalar, infrastruktur və yanacaq tələb edəcək.
Fərid
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA


















