Evlənmək üçün Azərbaycana qanunsuz gələn iraqlıya hökm oxundu

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İraq vətəndaşı Camal Hüseyninin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Camal Hüseyni 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, Camal Hüseyni qanunla müəyyən olunmuş qaydada İrandan Azərbaycana keçə bilmədiyi üçün qanunsuz yol ilə gəlmək üçün 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissənin Astara rayonu ərazisində yerləşən zastavasından ölkəmizə keçib.
Camal Hüseyni məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, İraq vətəndaşıdır. Təxminən dörd-beş ay əvvəl qanunsuz olaraq Azərbaycana keçmək istəyib, lakin onu İran tərəfində əsgərlər saxlayıblar. İranda üç gün həbs etdikdən sonra onu öz ölkəsinə geri göndəriblər.
Camal Hüseyninin sözlərinə görə, sərhədi qanunsuz olaraq pozduğuna görə 1 dəfə Türkiyədə 10 gün müddətində həbsdə olub. 18 mart 2023-cü il tarixdə, saat 14 radələrində o, İranın Astara şəhərindən çayı keçərək Azərbaycana gəlib. Həmin vaxt sərhədçilər onu saxlayıblar.
O deyib ki, Azərbaycana gəlməkdə məqsədi evlənib yaşamaq imiş. Bildirib ki, ümumiyyətlə bu yaşına qədər Azərbaycanda olmayıb. İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










