Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib - FOTO

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” ilə bağlı tədbirlər keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA






















