Bölgələrə işləyən taksilərin qiyməti ucuzlaşıb? - VİDEO

Məlum olduğu kimi rayonlararası ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılıb. Çoxları düşünürdü ki, avtobuslar fəaliyyətinə icazə verildikdən sonra takislərə təlabat azalacaq. Bölgələrə sərnişindaşıma ilə məşğul olan taksilərdə qiymətin düşəcəyi də gözlənilirdi. Amma fərqli mənzərə yaşanır.
Rayonlararası ictimai nəqliyyatın yenidən fəaliyyətə başlaması bölgələrə sərnişindaşıma ilə məşğul olan taksilərdə qiymətlərə təsir etməyib.
Minik avtomobili ilə rayonlara sərnişin daşıyan taksi sürcüləri deyir ki, əvvəlki günlərlə müqayisədə bölgələrə üz tutanların sayında artım var. Onların sözlərinə görə bu taksilərə təlabatın artmasına səbəb olub. Sürücülər bildirir ki qiymətlərdə dəyişiklik yoxdur.
Minivanla taksi fəaliyyəti göstərən sürücülər isə sərnişin azlığından şikayətlənir. Rayonlara avtobusla gediş-gəlişin bərpa olunması onların işinə təsir etsə də qiymətlər olduğu kimi qalıb.
Taksi və avtobuslar arasında qiymət fərqi olsa da bəzi sərnişinlər mənzil başına daha tez çatmaq üçün kiçik tutumlu nəqliyyat vasitəsinə üstünlük verir.
Qeyd edək ki, ölkədə şəhərlərarası və rayonlararası sərnişin daşıma fəaliyyəti mayın 31-dən bərpa edilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












