BQXK-nın Bakı nümayəndəliyi sabahdan bağlanır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan Hökumətinin qərarına əsasən, 3 sentyabr 2025-ci ildə ölkədəki nümayəndəliyini bağlayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə BQXK məlumat yayıb.
Bildirilib ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək:
“Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik. 1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək etmiş, zərər çəkmiş insanlara psixososial dəstək göstərmiş, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirmiş və mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirib. BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərib.
Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin və onlarla rəftarın monitorinqini aparmış, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












