BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq

"ADY Konteyner" şirkəti Orta Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmiryolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az bildirir ki, hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu ilə Türkiyəyə çatdırılacaq.
Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.
Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










