Bu bankın maaş kartları ləğv edilir

Naxçıvandakı dövlət idarə və müəssisələrində çalışan işçilərin əməkhaqqı kartları dəyişdirilir.
Avtosfer.az "Gündəlik Naxçıvan"a istinadla xəbər verir ki, bu günə qədər buradakı bütün müəssisə və təşkilatlar maaş kartı almaq və digər əməliyyatlar aparmaq üçün yalnız "Naxçıvanbank" ASC-dən istifadə edə bilərdilər. Çünki, Naxçıvan Maliyyə Nazirliyi onlara ayrılmalı olan vəsaiti həmin banka köçürür, bütün əməliyyatlar məcburi orada aparılırdı.
"Naxçıvanbank"ın Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qızı Bahar Talıbovanın nəzarətində olduğu bildirilir.
Naxçıvanda DTX əməliyyatlara başlayandan bir müddət sonra isə, vəziyyət dəyişib. Artıq, Naxçıvandakı bütün təşkilatlara işçi kartlarını dəyişmək üçün tapşırıqlar verilib. Bundan sonra işçilər maaşlarını "Kapital Bank"ın Naxçıvan filialı üzərindən alacaqlar. Bu barədə "Gündəlik Naxçıvan"a yerli idarə və müəssisələrdən məlumat verilib.
Təhsil sahəsində çalışan Habil Həsənov deyir ki, köhnə kartlarına maaş yatırılmadığından, ötən ayın əməkhaqqını ala bilməyiblər:
"10 gün əvvəl bütün təhsil şöbəsinin müdirlərinə tapşırıq gəlib ki, işçilərin kartları dəyişdirilsin. İşçilərə kartlar "Kapital Bank"ın Naxçıvan filialından sifariş edilsin və əməliyyatlar da orada aparılsın. Bizim bütün könə kartları topladılar. Bu ayın sonundan "Kapital Bank"a məxsus maaş kartlarının paylanmasına başlanılacaq, qalıq maaşlar da ora yatırılacaq".
Məlumatı Naxçıvandakı digər idarə və müəssisələrin əməkdaşları da təsdiq ediblər.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












