Bu dairədə piyada keçidi bağlandı: “Başqa keçid yoxdur”

Qaradağ rayonu “Lökbatan dairəsi” adlanan ərazidə piyada keçidi bağlanıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, piyadalar beton lövhələrin üzərindən tullanıb yolu keçməyə məcbur olurlar. Yaxın ətrafda isə başqa piyada keçidi isə yoxdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyi məsələyə münasibət bildirib. Açıqlamada deyilir ki, piyada yol keçidinin orada olması istər sürücülər, istərsə də piyadalar üçün təhlükəyə yol açırdı. Bir neçə metrlikdə Bakı Cənub Avtovağzalı və “Binə” ticarət mərkəzinin qarşısında piyada keçidi mövcuddur:
“Lökbatan” dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub. “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.
Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələrini xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.
“Ölkə.Az”
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












