Bu əmlaklara vergi güzəştləri verilib

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın və qeyri-maddi aktivlərin də dövlət orqanlarına və qurumlarına, habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verildiyi zaman güzəştlərin müəyyən edilməsi ilə bağlıdır. Məcəllədə edilmiş dəyişikliyə əsasən, bu hallar mənfəət və gəlir vergisi, həmçinin ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmayacaq, eyni zamanda, bu əmlaklara görə ödənilmiş ƏDV məbləği əvəzləşdiriləcək.
Avtosfer.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlak, habelə əmlak kompleksi şəklində müəssisələr dövlət orqanlarına və qurumlarına əvəzsiz olaraq verildikdə vergitutma məqsədləri üçün gəlir və ya zərər nəzərə alınmır və belə əməliyyatlara görə ƏDV hesablanmır.
Hüquqi və fiziki şəxslər daşınmaz əmlakla yanaşı, özlərinə məxsus daşınar əmlakları və qeyri-maddi aktivləri də sosial korporativ məsuliyyət çərçivəsində dövlət orqanlarına və qurumlarına bağışlayırlar. Eyni zamanda, bu cür əmlaklar dövlət orqanları ilə yanaşı, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara da bağışlana bilər.
Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər və xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










