Bu ərazidəki piyada səkisi artıq parkinqə çevrilib - FOTO

Səhərdən axşama qədər piyada səkisində avtomobillərini parkladılar, yolu keçən insanların həyatını riskə atdılar.
Avtosfer.az xəbər verir ki, həvəskar kamerasının çəkdiyi fotoşəkil Biləcəri qəsəbəsinin Əhməd Qasımov küçəsində qeydə alınıb. Görüntüdən də bəlli olduğu kimi piyadalar üçün ayrılmış enli səkiyə öz avtomobilini yerləşdirən, dövlət nömrə nişansız “Niva” markalı avtomobil və “Mercedes Benz Vito” markalı, “77-XN-012” dövlət nömrə nişanlı minik vasitəsi səhər saatlarından gecəyə qədər maşınlarını bu ərazidə saxlayaraq dayanma-durma qaydasını pozub və insanlara təhlükəli anlar yaşadıb. Səkinin bu nəqliyyat vasitələri tərəfindən tamamilə zəbt olması nəticəsində buradan keçən piyadalar məcbur qalaraq birbaşa avtomobil yoluyla hərəkət etmək məcburiyyətində qalıblar. Üzərimizə düşən öhdəliyi yerinə yetirərək bildirək ki, artıq sürücülər tərəfində adi hala çevrilən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə ziddir və 20 manatlıq cərimə ilə nəticələnir.
Nərmin Əkbər
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB











