Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.
DİM-dən Avtosfer.az-a verilən məlumata görə ki, imtahanda 18 min 724 bakalavrın iştirakı gözlənilir. Onlardan 17 min 190-ı Azərbaycan bölməsi, 1534-ü rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Bakıda 13 min 635, Naxçıvanda 501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir.
Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada olmaqla, ümumilikdə 72 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Qəbul imtahanının idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











