Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iki müəllimin məhkəməsi başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən bildirir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən 200 saylı məktəbin ibtidai sinif müəllimi Billurə İsmayılova və 71 saylı məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qocayevaya iyunun 5-də hökm oxunub.
Məhkəmə müəllimləri dələduzluqda təqsirli bilərək onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manat cərimə edilməsinə hökm edib.
Araşdırmalar zamanı məlum olub ki, B.İsmayılova 2016-cı ildə 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə 38 000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb. O, rəfiqəsi, 71 saylı məktəbin müəllimi Z.Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edərək onları məktəbdə görüşdürüb. Bu vədlə o, məktəb direktorunun müavinindən 38 000 manat alaraq dələduzluq edib.
Bundan başqa, onlar 202 saylı məktəbin müəllimi Gülşən Xəlilovanı da aldadaraq onun Ukraynada aldığı magistr təhsilinə dair diplomunu Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəklərinə və Bakıda orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verərək inandırıblar və 17 min manat pul alaraq dələduzluq ediblər.
Təqsirləndirilən şəxslər Arzu Nəzərova ilə bağlı ittihamı qəbul etməyiblər. B.İsmayılova A.Nəzərovanın sələmə pul verdiyini və məsələnin də sələmə verilmiş pulun qaytarılmamasına görə yarandığını bildirib. Onlar Gülşən Xəlilovla bağlı ittihamı qəbul ediblər.
Qeyd edək ki, zərərçəkmiş Arzu Nəzərova hazırda 162 saylı məktəbin direktorudur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












