Bu il “Brent” markalı neft 110 ABŞ dollarına kimi bahalaşa bilər

Bu ilin ikinci yarısında “Brent” markalı neftin bir bareli hazırki qiymətlərlə müqayisədə 30 %-dən çox bahalaşaraq 110 ABŞ dollarına çata bilər.
Bunu İsveçrənin İnvestisiya Bankı “UBS” proqnozlaşdırır.
Bankın analitikləri hesab edirlər ki, ötən ildən fərqli olaraq (ən çox kömür bahalaşdı) bu il ən çox dəyəri artan enerji daşıyıcısı məhz neft olacaq. Çində neftə tələbatın bu ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəni keçərək rekord həddə çatacağı gözlənilir.
Analitiklərə görə, bu il Avropa İttifaqının neft və neft məhsullarına embarqosu ilə əlaqədar olaraq Rusiyada bu xammalın hasilatı aşağı düşəcək. Bununla yanaşı “OPEC+” daxil olmayan ölkələrdə hasilatın təxminən sutkalıq 1,3 milyon barel artacağı gözlənilir ki, bu da artan tələbi qarşılamağa imkan verməyəcək. Nəticədə “OPEC+” balansı saxlamaq üçün bazara daha çox neft buraxacaq.
Xatırladaq ki, ötən il martın 7-də neft qiymətləri 2008-ci ildən bu yana ilk dəfə bir barel üçün 138 ABŞ dolları həddinə çatdı. Sonrakı bir neçə ayda qiymətlər bir barel üçün 100 ABŞ dolları həddində qaldı. Lakin yayın ortalarından başlayaraq Qərb ölkələrində ressesiya təhlükəsi və “COVİD-19”la bağlı məhdudiyyətlərdən dolayı Çində tələbatın azalması fonunda qiymətlər aşağı düşməyə başladı. (report)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











