Bu işlərə minatəmizləmə işləri bitdikdən sonra başlanılacaq

Azad edilmiş ərazilərdə məşğulluq tədbirlərinin həyata keçirilməsinə minalardan təmizlənmə işləri bitdikdən sonra başlanılacaq.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı agentlikdə işçi qrup yaradılıb və tədbirlər planı təsdiqlənib. Bu tədbirlər planı çərçivəsində həm işğaldan azad edilmiş ərazilər, həm sərhədyani ərazilər, həm də düşmən terrorundan əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə işlərin görülməsi nəzərdə tutulur:
"Özünüməşğulluq tədbirlərinin, ictimai işlərin təşkili və digər məşğulluq tə\dbirlərinin böyük hissəsinin məhz bu ərazilər üzrə görülməsi planlaşdırılır. Bu ərazilərdə minalardan təmizlənmə işləri həyata keçirildikdən sonra bu işlərə başlaya biləcəyik".
M.Abbasbəyli qeyd edib ki, postmüharibə dövründə 2200-dən çox şəhid ailə üzvü və müharibə qazisi üçün özünüməşğlluq və digər məşğulluq tədbiri həyata keçirilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












