Bu küçədə avtobus zolağı zəbt edildi - FOTO

“Nərimanov” metrosu yaxınlığında yerləşən “Mado” restoranının yanında avtobus zolağı bağlanılıb. Bu isə yolda həm insanların, həm də nəqliyyat vasitələrinin hərəkətinə mane törədib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev artıq sözügedən problemin həll edildiyini bildirib:
“Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində avtobus zolağının xüsusi maneələr vasitəsilə bağlanması qəbuledilməz haldır. Bu cür davranışlar yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də həmin ərazidən keçən müntəzəm marşrut xətlərindən istifadə edən sərnişinlərə qarşı hörmətsizlikdir. Həmçinin, bu zolağın zəbt olunması avtobusların da müəyyən olunmuş qrafik üzrə hərəkətini ləngidir. Nəticədə gün ərzində minlərlə sərnişin lüzumsuz yerə vaxt itirərək əsəb və stres yaşayır. Agentliyin müdaxiləsi nəticəsində artıq zolaq üzərində olan maneələr tamamilə aradan qaldırılıb”.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












