Bu küçədə maşınların hərəkəti qadağan olunur - FOTO

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Bu barədə Avtosfer.az-a AYNA-dan bildirilib.
“19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.
Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.
Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq.
İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq” - məlumatda qeyd edilib.

Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












