Bu marşrutda gedişhaqqı 20 qəpik ARTIRILDI - RƏSMİ AÇIQLAMA

Tarif Şurasının qərarına əsasən, fevralın 3-dən ictimai nəqliyyatda gedişhaqqı 10 qəpik artırılsa da Sumqayıtda fəaliyyət göstərən 12 nömrəli avtobus marşrutunda qiymət 20 qəpik artırılıb.
Avtosfer.az xəbər verir ki, gedişhaqqının 50 qəpik olması ilə bağlı 12 saylı marşrut üzrə xidmət göstərən avtobuslarda elan da yerləşdirilib.
Qeyd edək ki, 12 saylı xətdə xidmət göstərən avtobuslar Corat qəsəbəsindən Stansiya Sumqayıt adlanan əraziyə və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur.
Marşrut xəttində qiymətlərin 20 qəpik artırılması sərnişinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı "Sumqayıt Nəqliyyat” MMC-dən saytımıza bildirdilər ki, 12 saylı marşrutda gedişhaqqı məsafədən asılı olaraq dəyişir Belə ki, şəhər daxilində istənilən məsafəyə gedişhaqqı 40 qəpikdir. Amma şəhərdən kənara çıxdıqda və məsafə15 km-i ötdükdə qiymət 50 qəpik təşkil edir.
Qurumdan dedilər ki, 12 saylı marşrutun uzunluğu 33 km-dir və xəttin bir hissəsi şəhərdən kənara düşür. Buna görə də, Tarif Şurasının qərarına uyğun olaraq bu marşrutda 40 və 50 qəpiklik 2 fərqli gedişhaqqı tətbiq olunur.
Sfera.az
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ












