Bu ölkə də çip savaşına qoşulur

Yaponiya yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılması sahəsində ABŞ-ın Pekinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmaq niyyətindədir.
Bu barədə bu gün “Kyodo” agentliyi məlumat yayıb.
Sənəddə Pekinin mümkün cavab addımlarından yayınmaq üçün birbaşa Çinin adı çəkilmir. Layihənin yaxın günlərdə təqdim ediləcəyi və yapon şirkətləri ilə məsləhətləşmələrin aparılacağı bildirilib.
Yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılmasının yazda qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Vaşinqton 2022-ci ilin oktyabrında Çinin çip istehsalına mane olmaq üçün yarımkeçiricilərin ixracını məhdudlaşdırıb. Lakin ABŞ yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar sahəsində dünyada şirkətləri aparıcı mövqe tutan Yaponiya və Niderlandın Çinə ixracının davam edəcəyi təqdirdə məhdudiyyətlərin effektiv olmayacağından ehtiyat edir. Buna görə də ABŞ Yaponiya və Niderlandın bu ixrac məhdudiyyətlərinə qoşulmasını istəyib. (lent.az)
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır












