Bu ölkədə benzinin qiyməti artdı

Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.
Əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr "Premium"un qiyməti 2,70 lari, "Euro Regular" 2,50 lari, "Regular" isə 2,35 lariyə satılır.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə - 322,4 milyon ABŞ dolları alış edib.
Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin səbəb olduğu bildirilir. (azərtac)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












