Bu ölkədə dövlətə xəyanət edənlərə ölüm cəzası veriləcək

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.
Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.
Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.
Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.
Qanunla Belarus Cinayət Məcəlləsinin (CM) 356-cı maddəsinin 2-ci hissəsinə “Dövlətə xəyanət” dəyişiklik edilir. O, dövlət vəzifəsini tutan vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












