Bu ölkədə dövlətə xəyanətə görə ölüm cəzası veriləcək

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası hökmü veriləcək.
Bu barədə ölkə parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları "Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ikinci, yekun oxunuşda qəbul ediblər.
"2022-ci il dekabrın 7-də deputatlar tərəfindən birinci oxunuşda qəbul edilən sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalaması üçün ölkə prezidentinə gedəcək", - deyə məlumatda əlavə edilib.
Qanun layihəsində Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsinə ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs, yaxud silahlı qüvvələrin üzvü statusunun aid olduğu şəxs tərəfindən dövlətə xəyanətə görə nəzərdə tutulur.
Nümayəndələr Palatasının mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə dəyişiklik "dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək məqsədilə" edilir. (musavat.com)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












