Bu ölkədə işə velosipedlə gedənlərə PUL VERİLƏCƏK

Belçikada bu gündən işə velosipedlə gedənlər üçün hər kilometrə 0,27 avro müavinət icbari olub.
Avtosfer.az xəbər verir ki, Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında razılaşma əsasında işə velosipedlə gedənlərə velosiped pulu verilməsi məcburi olub.
Müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 Avro müavinət alacaqlar. Bu müavinət isə vergidən azad olacaq.
Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.
İndiyə qədər işəgötürənlər velosiped pulu ilə bağlı qərar verə bilərdilər. Bu çərçivədə işəgötürənlərin təxminən yüzdə 30-u velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyib.
Yeni tətbiqlə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.
lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












