Bu ölkədə təyyarədə kök sərnişinlərdən ikiqat ödəniş alınacaq

ABŞ-nin hava yolu şirkəti “Southwest Airlines” verdiyi qərarla tənqidlərin hədəfi olub. Avtosfer.az-ın Ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb isə kök şəxslərdən 2 yer almaları tələbidir.
Belə ki, şirkətin verdiyi qərara əsasən, növbəti ilin yanvarından etibarən oturacaqların qolları arasına yerləşməyən sərnişinlər əvvəlcədən ikinci oturacaq almalıdır. Mövcud siyasətə əsasən, artıq çəkisi olan sərnişinlər əvvəlcədən əlavə oturacaq alıb pulunu geri ala və ya hava limanında pulsuz tələb edə bilərlər. Yeni qərarla pulun geri qaytarılması mümkün olacaq, lakin onlara artıq zəmanət verilməyəcək. Şirkət bəyan edib ki, geri qaytarılma yalnız uçuş tam bron edilmədikdə, hər iki bilet eyni sinifdə alındıqda və uçuşdan sonra 90 gün ərzində sorğu verildikdə olacaq. Yeni qaydaya əsasən, əlavə oturacağı əvvəlcədən almamış sərnişinlər hava limanında əlavə bilet almalı olacaqlar. Uçuş dolu olarsa, sərnişin başqa reysə köçürüləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












