Bu ölkədə vətəndaşlıq alma qaydalarını sadələşdirir

Almaniya federal hökuməti ölkə vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.
Bundan əlavə, ikili vətəndaşlığın alınması ilə bağlı məhdudiyyət də aradan qaldırılacaq.
Vətəndaşlıq üçün müraciət edənlərdən dövlət müavinətləri almadan özlərini və ailələrini təmin edə biləcəklərinə dair sübut təqdim etmələri tələb olunacaq. Qanun layihəsi digər məsələlərlə yanaşı, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır.
Almaniya Kansleri Olaf Şolz və hökumət üzvləri tərəfindən bəyənilən qanun layihəsi Bundestaqın təsdiqini tələb edir. Layihənin Bundestaqda müzakirəsi yay tətilinin sonunda baş tutacaq. Dəyişiklik edilmiş qanunvericilik gələn ilin yanvarında qüvvəyə minə bilər.(lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












