Bu ölkənin şirkətləri Qarabağa dəvət edildi

Azərbaycanda 16-ya qədər Latviya şirkəti fəaliyyət göstərir.
Bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
O bildirib ki, bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsində fəaliyyət göstərir: “Azərbaycan da Latviyaya investisiya qoyub. Bu investisiyanın həcmi 166 milyon dollardır”.
Yusif Abdullayev xatırladıb ki, 2019-cu ildə Riqada Azərbaycan Ticarət Evinin açılışı olub ki, bu da iqtisadi əlaqələrə təkan verib: "2022-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 46 milyon ABŞ dollarına çatıb. Latviyaya ixrac 3 dəfə artaraq 28 milyon ABŞ dolları təşkil edib. 1995-2022-ci illərdə Latviya Azərbaycan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyub”.
O əlavə edib ki, Azərbaycan tərəfi Latviya şirkətlərinin də azad olunmuş ərazilərdə işləməsini görməyə şad olardı.
Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Kaspars Rozkains isə bildirib ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq, birgə məhsullar istehsal etmək və Avropa bazarına çıxarmaq istəyirlər: “Bizim şirkətlərimizin bununla bağlı potensialı var”. (apa)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












