Yasamaldakı insidentə görə polis vəzifədən kənarlaşdırıldı - RƏSMİ

Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində piyadalar üçün nəzərdə tutulmuş səki üzərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslə polis əməkdaşı arasında münaqişəni əks etdirən görüntülər paylaşılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, polis əməkdaşı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovdan bu hərəkətlərinə son qoymağı tələb edib.
Polisin qanuni tələbinə riayət etmək əvəzinə V.Əzizov onu münaqişəyə təhrik edərək satdığı məhsulları ilk olaraq özü dağıdıb. Yalnız bundan sonra əsəblərinə hakim ola bilməyən polis əməkdaşı onun satdığı məhsulların qutusunu təpikləyib.
Baş vermiş bu insidientlə əlaqədar polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılaraq barəsində xidməti yoxlamalar başlanılıb.
Qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovun da əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












