Banner

Bu şəxslər DİN yanında İctimai Şuraya üzv seçildi - SİYAHI

Xəbərlər 29 İyul 2023 20:49 Oxunub 1166
Bu şəxslər DİN yanında İctimai Şuraya üzv seçildi - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Avtosfer.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.
Səsvermə 29 iyun 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub. 
Səsvermədə 382 nəfər iştirak edib
Etibarlı hesab edilən bülletenlərin sayı -  375
Etibarsız hesab edilən bülletenlərin sayı - 7

Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs  toplamış 15 namizəd İctimai Şuranın üzvü seçilib.

Seçilmiş İcitmai şüra üzvləri:

Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Mahirə Əmirhüseynova - “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri

Mətanət Cəfərova, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri

Arzuman Abdulkərimov, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri

Mehriban Zeynalova, “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri

Vüsalə Hüseynli, “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri

Rəfail Becanov, “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri

Sevda Məmmədova, “Sosial-İqtisadi İnkişaf  Uğrunda” ictimai birliyinin sədri 

Məhsəti Hüseynova, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü

Gülayə Səfərova, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri

Elməddin Muradov, Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri

İradə Nəsirova, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri

Rauf Zeyni, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri 

Araz Nurməmmədov, “Gender Bərabərliyi” ictimai birliyinin üzvü

Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh