Bu şəxslərə Azərbaycan vətəndaşlığı üçün güzəştlər tətbiq edilir

Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb.
Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb.
Azərbaycan vətəndaşlarının repatriasiyası prosesi davam etdirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












