Bu SMS-i aldıqdan sonra dərhal silin – Təhlükəli ola bilər

Telefon sahibləri çox vaxt müəyyən mesajlar alırlar. Bunların hamısı tanıdıqları, bildikləri insanlar olmur. Bəzən bu mesaj yad şəxsdən və ya naməlum bir sistemdən gəlir.
Belə bir vəziyyətdə mobil cihazın sahibi diqqətli olmalıdır. Hətta bəzən mesajı mümkün qədər tez silmək lazımdır.
Belə ki, əgər göndərilən mətndə hiperlink varsa, bu, hər hansı təhlükəli internet resursu ola bilər. Bu zaman smartfon sahibi həmin linkə daxil olarsa, onun şəxsi məlumatları oğurlana bilər. Buna görə də, heç vaxt bilinməyən mesajlardakı linkə daxil olmamalısınız. Onu dərhal silməkdə də fayda var. Çünki təsadüfən çaşıb həmin sətrə klikləyə bilərsiniz.
Onu da qeyd etmək lazımdır ki, bütün hiperlinklərdən qorxmaq lazım deyil. Əgər link dostunuz və ya tanışınız tərəfindən göndərilibsə, mesajın kontekstindən təhlükəli heç nə olmadığı aydındırsa, (məsələn, video və ya bir növ məqalədən danışırıq), onda təklif olunan linkə keçid edə bilərsiniz. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












