Bu sürücü səkini artıq şəxsi parkinqinə çevirib - FOTO

Hər gün səkini avtomobili ilə zəbt edən şəxs insanların narazılığını görməzdən gəlməyə davam edir.
Avtosfer.az xəbər verir ki, insanların hərəkət istiqamətinə mane törədən olay Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində davamlı qeydə alınır. Ərazi yaxınlığında yaşayan şəxs tərəfindən videoya alınan görüntüdən bəlli olduğu kimi “Opel” markalı, 77-XK-623 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün dayanma-durma qaydasını ciddi şəkildə pozduğu göz önündədir. Alışqanlıq halına çevirdiyi qayda pozuntusunu çeynəməyən sürücü, hətta insanların şikayətini də görməzdən gəlməkdə mahirdir. Belə ki, ətrafdakıların “burada saxlamaq olmaz”,”bizim yolumuzu məşğul edirsiniz” sözlərinə məhəl qoymayan sürücü necə deyərlər səkini evinin həyətinə çevirib. Gecə-gündüz demədən avtomobilini səkidə saxlayan sürücüyə yenə də dayanma-durma qaydasını xatırladaraq bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə, əsasən 20 manat cərimə ödəməlidir.
Nərmin Əkbər
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













