Bu tarixdən mənzillərin qiyməti bahalaşa bilər

Hazırda mənzil bazarında qiymətlərdə stabilləşmə var, lakin bu daha çox mövsümlə əlaqəlidir.
Trend-in apardığı araşdırmaya əsasən, hazırda Bakı ərazisində bir sıra tikilməkdə olan və hazır yaşayış komplekslərində satışda mənzillər təklif olunur. Bir sıra tikinti şirkətləri kampaniyalar keçirir, mənzilləri əvvəlki aylara nisbətən bir qədər yüngül şərtlərlə təklif edirlər. Misal üçün mənzilə olan ilkin ödəniş tələbini bir qədər aşağı salıblar. Əvvəlki aylarda ilkin ödənişi 40 minə qədər olan 2 otaqlı (47-52 kvm) mənzilin ilkin ödənişi hazırda 30-33 min manat təşkil edir. Şirkət nümayəndələri bunu kampaniya olduğunu bildiriblər və xüsusilə də mövsümlə əlaqələndirirər. Kampaniya bitdikdən sonra qiymətlərdə fərq olacağını qeyd ediblər.
Əmlak məsələri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Trend-ə açıqlamasında qeyd edib ki, hazırda yay mövsümü ilə əlaqədar mənzil bazarında durğunluq var.
"Həmçinin ipoteka kreditlərinin verilməsi ilə bağlı azalmalar var. Bu səbəbdən tikinti şirkətləri mənzil satışı ilə bağlı kampaniyalar keçirirlər. Ancaq bu daha çox mövsümlə əlaqədardır. Payız aylarına doğru aktivlik artacaq", - deyə o əlavə edib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











