Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun - VİDEO

Bakının Babək prospektində hərəkətin təşkilində dəyişiklik edilib. Məqsəd günün pik saatlarında sıxlığı azaltmaqdır. Bəs dəyişiklik hərəkətin intensiv olduğu yolda effektiv olubmu?
Artıq Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkət işıqforla tənzimlənir.
Yəni NZS qəsəbəsindən ''Koroğlu'' metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti üçün keçid yeri qoyulub.
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Coşqun Məmmədov bildirilib ki, layihədən əvvəl qeyd olunan kəsişmədə təhlillər aparılıb və bir sıra problemlər aşkar edilib. Qərara alınıb ki, həmin yolda hərəkətin təşkilində dəyişiklik edilsin.
Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib. Nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.
Dəyişikliklə Oqtay Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin yürüş məsafəsi 2, 5 km qısalıb. Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50 faizə qədər azalıb.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












