"Büdcənin həm vergi, həm də gömrük daxilolmaları yüksək səviyyədədir" - Deputat

"Müzakirə etdiyimiz büdcə dəyişiklikləri Azərbaycan iqtisadiyyatında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların və iqtisadi inkişafın təzahürü kimi qiymətləndirilməlidir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə deyib.
O bildirib ki, bizim sərhədlərimizdə sanksiyaların tətbiq edilməsi, müharibələrin baş verməsi, logistik imkanların məhdudlaşdırılması, iqtisadi zəncirlərin qırılması şəraitində Azərbaycan yenə də öz inkişaf tepmlərini saxlamaqdadır:
"Bunlar Cənab Prezidentin uzun illər Azərbaycan iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı islahatların nəticəsidir. Vergi və gömrükdə aparılan kadr islahatları, eyni zamanda şəffaflaşma prosesinin nəticəsidir ki, bu gün büdcənin həm vergi, həm də gömrük daxilolmaları yüksək səviyyədə artmasına nail ola bilmişik. 2020-ci ildə Vətən müharibəsində qələbə əldə etdikdən sonra Azərbaycan başqa bir çağırışlarla üz-üzədir. Uzun illər işğala məruz qalmış ərazilərdə həyatı bərpa etmək, infrastruktur yaratmaq, yaşayış məntəqələri salmaq, bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanları geri qaytarmaq üçün Azərbaycan dövlətinin apardığı işlərin maliyyə təminatını yaradan dövlət büdcəsidir. Biz bu əraziləri qurub-yaratmaqla bağlı heç bir dövlətdən 1 manat da olsun vəsait almamışıq. Azərbaycan öz gücü hesabına bunların hamısını yerinə yetirir. May ayında Prezidentin rəhbərliyi ilə Laçın rayonuna olan köç, insanların üzlərində olan sevinc Azərbaycanın Böyük Qayıdışa nə qədər önəm verdiyini bir daha göstərir. İnanıram ki, bu proses zaman-zaman davam edəcək. Bundan sonrakı müddətdə dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin bərpa olunması ilə bağlı vəsaitlərin artırılması günümüzün reallığıdır. Vətən müharibəsində tək Ermənistanla deyil, həm də İranla 136 kilometr pozulmuş sərhədlərimizi bərpa etmişik. Həm orada, həm də Ermənistanla olan sərhədlərdə davamlı sülhü və təhlükəsizliyi təmin etmək lazımdır. Buna görə hərbi və təhlükəsizlik məsələləri üçün ayrılan vəsaitləri müsbət qarşılayıram. Bunlar mütləq olmalıdır". (unikal)
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı












