Buralarda hər gün 200-dən çox mərmi partlayır... - FOTO

“Anadolu” agentliyi işğalçı Ermənistan tərəfindən demək olar ki, hər gün atəş tutulan Tərtərdən daha bir reportaj hazırlayıb.
Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, materialda Azərbaycanın cəbhə bölgəsindəki şəhərinin sakinlərinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin gündəlik atışlarına baxmayaraq, evlərini tərk etmədikləri qeyd olunub.
Cəbhə xəttindən cəmi 15 kilometr məsafədə yerləşən Tərtərin bir neçə sakini atəş zamanı bombadan qorunmaq üçün sığınacaqlarda qalır.
Bildirilib ki, erməni qüvvələrinin əsas zərbəsi Qarabağdan məcburi köçkün olanlar üçün 2018-ci ildə inşa edilmiş şəhər məhəlləsinə düşür.
Bundan əlavə, bildirilib ki, Azərbaycan səlahiyyətlilərinin məlumatına görə, Tərtər bölgəsində və bitişik kəndlərdə hər gün 200-dən çox mərmi partlayır. Üstəlik, erməni tərəfi yalnız yaşayış sahələrini deyil, qəbiristanlıqları da atəşə tutur.
Şəhər sakinlərindən biri, 54 yaşlı Aydın Şahverdiyev agentliyə açıqlamasında Tərtərin atəşə tutulmasına baxmayaraq 34 gündür 12 qonşusu ilə birgə sığınacaqlardan birində yaşadığını söyləyib.
Şahverdiyev Ermənistan tərəfindən işğal olunmuş Ağdərə rayonunun sakini olduğunu və 25 yaşında doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldığını bildirib.

“Mən Ağdərə şəhərinin azad olunma gününü səbirsizliklə gözləyən milyonlarla həmyerlimin içindəyəm”, - deyən A. Şahverdiyev evini tərk etməyəcəyini vurğulayıb.
Şəhər sakini, 42 yaşlı Hicran Əmrahova qardaşı və qonşuları ilə artıq 34 gündür bunkerdə yaşadığını deyib.

“Ermənilər hər gün şəhərimizi bombalayırlar. 19 oktyabrda bunkeri qısa müddət havalandırmağa qərar verdiyimiz zaman evlərimizin yanına başqa bir bomba atıldı. Qonşulardan biri yaralanıb”.
Əmrahova, eyni zamanda erməni işğalçılarından qorxmadığını və evini tərk etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, işğalçı erməni tərəfinin təxribatlarına cavab olaraq sentyabrın 27-dən bəri davam edən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli şəhərləri və Hadrut qəsəbəsi də daxil olmaqla 180-dən çox yaşayış məntəqəsini azad edib.
Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











