Bütün dünyada elektrik enerjisinin kəsilməsi gözlənilir: Səbəbi açıqlandı

Alimlər Günəş aktivliyinin intensiv dövrünün başlandığını bildirirlər ki, bu da Yer kürəsində müəyyən problemlərə səbəb ola bilər.
Avtosfer.az-ın xəbərinə görə, mütəxəssislər deyirlər ki, Günəşdə baş verən partlayışların tezliyi və intensivliyi bu aktivliyin əvvəlki dövrlə müqayisədə daha güclü ola biləcəyini göstərir. Nəticədə Yer və kosmik gəmilərin ekipajlarına ziyan dəyə bilər.
Redinq Universitetindən kosmos fizikası professoru Metyu Ouens bildirib ki, hər 11 ildən bir Günəşin maqnit sahələri o qədər qeyri-sabit olur ki, Şimal və Cənub qütbləri qəfil yerlərini dəyişir. Bu zaman həm də günəş aktivliyinin pik nöqtəsi müşahidə olunur.
Günəşin cari dövrədə maksimum aktivliyinin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində baş verəcəyi gözlənilir. Bu fenomenin yaratdığı geomaqnit qasırğaları Yerdə daha parlaq auroralar yaratsa da, elektrik stansiyalarını və yüksək tezlikli radio rabitəsini də poza bilər. Bundan əlavə, Günəşdən gələn radioaktiv şüalanma kosmosdakı astronavtlar üçün təhlükəli ola bilər.
Xatırladaq ki, ekspertlər maqnit qasırğalarının dünyaya yaxınlaşdığı ən təhlükəli tarixləri qeyd ediblər. Martın birinci yarısında yalnız iki maqnit qasırğası gözlənilir. Ancaq bu günlərdə hava şəraitindən asılı olan insanlar özlərini pis hiss edə bilər. Növbəti bir günlük maqnit qasırğası martın 15-də proqnozlaşdırılır. Maqnit qasırğalarının vəziyyətinizə mənfi təsir göstərməməsi üçün belə günlərdə stress və ağır yüklərdən yayınmalısınız.
Lent.az
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











