Çantasını yoxladığı üçün gömrükçünü döydü - VİDEO

Dubaydan gələn sərnişin Sankt-Peterburqun Pulkovo hava limanında gömrük əməkdaşına hücum edib.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Sərnişinin gömrük əməkdaşına hücumuna səbəb isə onun baqajına və orada gizlədilən pula baxış keçirilməsi olub.
Məlumata görə, Rusiya vətəndaşı xaricdən qayıdırmış. Onun çantasında 15 087 bəyan edilməmiş ABŞ dolları (təxminən 1 150 000 rubl) olub. Bu isə qanunla icazə verilən valyuta ehtiyatından 5 087 dollar çoxdur.
İnzibati xəta haqqında protokol tərtib edilərkən həmin şəxs hər şeyə rəğmən cinayət törətmək qərarına gəlib. Əvvəlcə o, gömrükçüləri söyüb və cəza ilə hədələyib, sonra isə onlardan birinə hücum edib. Zorakılıq edən sərnişinə qarşı hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə iş başlanıb. Polis xidməti vəzifələrini yerinə yetirərkən işçilərin təhqir olunması ilə bağlı işin başlanması üçün kifayət qədər əsasların olub-olmadığını da yoxlayır. (lent.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












