CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən konteyner qatarı Bakıya çatıb

“Asiya-Sakit okean regionu ölkələri - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.
Avtosfer.az xəbər verir ki, konteynerlər Türkmənbaşı limanından Bakı limanına operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” olan “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.
Qeyd edək ki, konteyner qatarı uzunluğu 4000 km-dən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edəcək.
Mis konsentrantı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək. Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.
Məlumat üçün bildirək ki, layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), TULM ASC (Türkmənistan), “ADY Konteyner” MMC (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










