Çavuşoğlu: “Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün səmimiyyət testi olacaq”

“Türkiyə-Azərbaycan əməkdaşlığı iki ölkə arasında mümkün ola biləcək ən yüksək səviyyədədir”.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən 2022-ci ilin yekunlarına dair qiymətləndirmə toplantısı zamanı mətbuata açıqlamasında bildirib.
Türk dünyasının geosiyasi mərkəzə çevrildiyini deyən Çavuşoğlu getdikcə genişlənən bir türk dünyası reallığının olduğunu qeyd edib. Nazir eyni zamanda Türkiyənin sədrliyi dövründə Türk Dövlətləri Təşkilatını beynəlxalq təşkilata çevirdiklərini və noyabr ayında Səmərqənd Zirvə toplantısında bunun hüquqi infrastrukturunu tamamladıqlarını vurğulayıb.
Nazir Çavuşoğlu Qazaxıstanla əlaqələrin “İnkişaf etmiş Strateji Tərəfdaşlıq” səviyyəsinə, Özbəkistanla isə “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini və bu münasibətlərin gücləndiyini diqqətə çatdırıb.
Türkiyə-Azərbaycan əməkdaşlığının iki ölkə arasında mümkün ola biləcək ən yüksək səviyyədə olduğunu vurğulayan Çavuşoğlu qeyd edib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəklində davam etdirilir. Nazir həmçinin əlavə edib ki, Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün səmimiyyət testi olacaq.
Oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












