Cəbrayılda qanunsuz ov edən şəxs saxlanılıb
Xəbərlər
28 Sentyabr 2022 12:38
Oxunub 1094

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













