Çeçenistanda BU QADAĞAN EDİLDİ

Çeçenistan Müsəlmanları Ruhani İdarəsi respublikada toy şənliklərinin keçirilməsi ilə bağlı bir sıra qaydalar hazırlayıb.
Tərtib edilən qaydalara əsasən, toy məclislərində bahalı hədiyyələr vermək qadağan edilib.
“Bəyə, qayınataya, qayınanaya və başqalarına bahalı hədiyyələr vermək qadağandır. Nə İslama, nə də çeçen adətlərinə uyğun gəlməyən təmtəraq, həddi aşmaq, məsələn: brilyant üzüklər, xəz paltolar, məişət texnikası, mənzillər, avtomobillər və sairə bahalı hədiyyələrin verilməsi qəti qadağandır” - sənəddə deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, gəlinin paltarı da İslam və çeçen adətlərinin tələblərinə uyğun olmalıdır.
Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov da respublikada keçirilən toylardakı təmtərağı və israfçılığı tənqid edərək bu qaydaların istər İslama, istərsə də çeçen adətlərinə zidd olduğunu bildirmişdi. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












