Ceff Bezosun qalmaqallı yaxtası SƏYAHƏTƏ HAZIRLAŞIR

"Amazon"un qurucusu milyarder Ceff Bezosun 500 milyon dollarlıq super yaxtası ilk səyahətinə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, o iki ay ərzində sahibinə çatacaq.
Yaxta beş il müddətinə tikilib. O, dünyanın ən hündür yaxtası olduğunu iddia edilir. Gəminin uzunluğu 127 metr, üçlü dirəkləri isə 70 metrdir. Yaxta "Koru" adlanır. Maori dilində "yeni başlanğıclar" deməkdir.
Gəmi Hollandiyanın "Oceanco" tərsanəsi tərəfindən inşa edilib. 95 yaşlı Koninqşaven körpüsünün altından keçə bilmədiyi üçün artıq qalmaqala düşüb. Bezos Rotterdam rəhbərliyindən körpünü sökməyi xahiş edib, sonra isə onun bərpası üçün pul ödəyəcəyini vəd edib. Ancaq bu tələbdən imtina edilib. Üstəlik, şəhər sakinləri yaxtaya yumurta atmaqla hədələyiblər.
Daha sonra Bezos yaxtanın yelkənlərini elə düzəldib ki, körpünün altına sığsın. Şirkət ehtiyatla nəhəng yaxtanı dirəklərinin əlavə olunduğu başqa bir gəmiqayırma zavoduna çəkib.
Həmçinin qeyd edilir ki, Koru superyaxtasının üç nəhəng dirəyi var və bunun sayəsində yelkənlərin kinetik enerjisi hesabına hərəkətə gətirilir. Bu son dərəcə qabaqcıl və ekoloji cəhətdən təmiz texnologiya deməkdir.
lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












