Cəlilabadda bərbad vəziyyətə düşən məktəb yolu bərpa edildi - FOTO

Cəlilabad rayonunda yeni inşa edilən orta məktəbin bərbad vəziyyətdə olan yolu təmir edilib.
Məsələ işıqlandırıldıqdan sonra problem aradan qaldırılıb.
Belə ki, yolda təmir-bərpa işləri aparılıb və əraziyə çınqıl daş döşənib. Bununla da təhsil müəssisəsinə gedən yolda müəllim və şagirdlərin hərəkətində yaranan çətinliklər aradan qaldırılıb.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, yolda təmir-bərpa işləri bundan sonra da davam etdiriləcək. Qeyd edilib ki, yaxın vaxtlarda yola asfalt örtüyü də çəkiləcək.
Qeyd edək ki, bir müddət əvvəl məktəb yolunun bərbad vəziyyətdə olması barədə bir qrup rayon sakini "Report"un yerli bürosuna müraciət edib. Müraciətdə yağışlı havada şagirdlərin məktəbə gediş-gəlişinin problemə çevrildiyi bildirilib. Qeyd olunub ki, qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir. (report)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












