Cəlilabadda Muğan kanalının bir hissəsi beton üzlüyə alındı

Cəlilabad rayonunda Muğan torpaq məcralı kanalın 4 min metrə yaxın hissəsi beton üzlüyə alınıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Muğan kanalının su götürən hissəsində əvvəlki illərdə 3 500 metr hissə betonlanıb. Cari ildə isə daha 1 500 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulub.
Əlavə olunub ki, bununla da kanalın xidməti ərazisində olan torpaq sahələrinin suvarılmasında su itkisi minimuma endiriləcək.
Qeyd edək ki, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Cəlilabad rayonunda 11 305 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Suvarma suyu 376 kilometrə yaxın suvarma kanalı vasitəsilə əkin sahələrinə çatdırılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












