Cəlilabadda narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb - FOTO
Cəlilabadda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi əsasında müxtəlif yerlərə çatdırmalı olduğu müəyyən edilib.
Digər əməliyyat zamanı isə Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












